INTERVIEW
|
||
Nə sahədir bu "Sahə"?
Sən, ey sayğıdəyər oxucum! ... Ki, elə bilmə ki, yuxarıdakı mükalimə dava-dalaşla nəticələndi, əsla! Mən həmsöhbətimin xətrini çox istəyirəm, çünki o, dediyim kimi, istedadlı, yüksək peşəkarlıqla seçilən, qeyrətli və əqidəli bir sənətkardır. Özü də azəridir, müsəlmandır, həm də yumor hissi yerindədir. Misalçün, çeşidli mübahisələr zamanı o coşub da, özündən xəbərsiz fars dilinə keçir. Mən də həmən keçirəm rus dilinə. Bir neçə dəqiqə bir-birimizi anlamadan, "gərgin mübahisə" edirik; o deyir, mən deyirəm, o farsca, mən rusca ki, nəhayət həmsöhbətim ayılır və... ləzzətlə gülməyə başlayır. Dili acı olsa da, təbrizlilər demişkən, çox şirinsifətdir... Amma və lakin məqsədim Azərbaycan və İran kino sahələrinin müqayisəli analizi deyil və tem bolee "məhəlli vətənpərvərliyimi" bəyan etmək fikrindən çox uzağam. Misalçün, acıdil, şirinsifət həmsöhbətim qızışıb da, deyəndə ki, gəlin İrana - bizdən öyrənin, mən ona təzim qılıb da: "Bə çeşm, ağa, nökərinəm!" deyirəm və problem həll olunur. Sayğıdəyər oxucuma "həmşəri" rejissorla eyni sahədə çalışan, həmkarı və həmyaşıdı olan İlqar SAFAT adlı kinorejissorumuzdan bəhs etmək istəyirəm. İlqar Safat bu gün "Nərimanfilm" studiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Gürcüstanfilm" və "Baqiya" kompaniyası ilə birlikdə çəkilmiş "Sahə" adlı tammetrajlı bədii filmin rəqəmsal (dijital) formatının montajı ilə məşğuldur ki, sonrakı mərhələdə (ki, ona postprodakşn deyirlər...) bunun əsasında əsl montaj və səsləndirmə işləri aparılsın. Ssenari müəllifi və quruluşçu rejissoru özü olduğundan İlqar Safat rəqəmsal montaj kimi müşkül bir işdən hələ ki, usanmayıb və əməliyyat qaydası ilə getməkdədir. Təbii sual: nə sahədir bu "Sahə"? Cavabı bəlli səbəbdən qısa və natamam olasıdır: çox məşhur, xaricdə tanınan fotoqraf nişanlısı ilə avtomobil qəzasına uğradıqdan sonra xəstəxanaya deyil, polis Sahəsinə düşür. Burada baş verən əcaib, müəmmalı, birmənalı izahı olmayan "istintaq"ın sonucunda qəhrəman çox şeyləri anlayır, bir sıra yanlışlıqlardan qurtulur, Zamansızlıq Sahəsinin hikmətlərini dərk edir və... Çəkdiyi filmin ssenarisi üzərində İlqar Safat 3 ildən çox işləyib və hətta ssenarinin təsdiqlənmiş sonuncu variantını da köklü surətdə, deyərdim ki, amansızcasına redaktə edib. Bunu mən dəqiq bilirəm, çünki ssenarini iki (!) dəfə azəri türkcəsinə tərcümə etmişəm və İlqarın peşəkar tələbkarlığına yaxşı bələdəm. Baş prodüser Nəriman MƏMMƏDOV filmin hər mənada uğurlu taleyinə inanır və Azərbaycan kino sahəsində aparılan işlərə nikbinliklə baxır, bizə də bu nikbinliyə qoşulmaqdan başqa bir şey qalmır... ...Ki, sözügedən istedadlı iranlı rejissor dostum növbəti mübahisəmizin zil nöqtəsində deyəndə ki, bəs, kino sahənizi düzgün yönəltmirsiz, ona cavab olaraq dedim ki, sənə qalmayıb, bu sahə bizim sahəmizdir, özümüz bilərik, halbuki bunu deməyə də bilərdim... Vaqif İBRAHİMOĞLU
|