YARADICILAR
İlqar Safat
Rejissor və ssenari müəllifi

KinoRejissor, şair, rok-bard. Bakı şəhərində 1972-ci ildə anadan olmuşdur. 1995-ci ildə «rus dili və ədəbiyyatı» ixtisası üzrə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1995-ci ildən 2000-ci ilə qədər Bakı ş. müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunurdu. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edirdi.

Yüzə yaxın mahnının müəllifi. 2002-ci ildə Moskva ş. SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirmişdir: V.İ.Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə illər ərzində təmsil etmiş «Dağın nəvəsi» filmini çəkmişdir.

Ali Kursları bitirdikdən sonra il yarım Xabarovsk ş. Uzaq Şərq Kinoxronika Studiyasında Rejissor işləmişdir. 2003-cü ildə «Səma kökləri» filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülmüşdür.

«Səma kökləri» filmi dünyanın müxtəlif şəhərlərində göstərilmişdir, bir çox rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leypsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olmuşdur. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilmişdir. «Səma kökləri» filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin (American Museum of Natural History) kitabxanasına daxil edilmişdir.

Filmoqrafiya:
  1. “Min” (2001, Moskva)
  2. “Dağın nəvəsi” (2002, Bakı)
  3. “Mən quşları xatırlayıram...” (2002, Moskva)
  4. “Səma kökləri” (2003, Xabarovsk)
  5. “Daşda yaşayan ruh” (2003, Xabarovsk)
  6. “Azadam. Öpürəm. Boris” (2004, Moskva)
  7. "Sonet 129" (2005, Moskva)
  8. "Sofrinskaya Boqoroditsa" (2005, Moskva)
  9. “Məhsuldar otlaqlarda” (2006, Bakı).
  10. ”Qobustana qayıdış” (2007, Bakı)
  11. Pəri-Gala (2007, Bakı)
Vako Karçxadze T.A.
Operator

1968-ci ildə Tiflisdə anadan olmuş və Tiflis Dövlət Teatr və Kino Universitetində (Mixail Mednikovun emalatxanası) təhsil almışdır. Sənədli və bədii filmlər üzrə böyük təcrübəyə malikdir.

Konstantin Esadze
Operator

1972-ci ildə Tiflisdə anadan olmuşdur. Tiflis Dövlət Universitetini, filologiya fakultəsini; Tiflis Dövlət Kino və Teatr İnstitutunu, TV və kino operator fakultəsini (prof. Levan Paataşvili), Ali Rejissor Kurslarını (prof. Rezo Esadze), Münhen Kino Məktəbini, TV və kino operator fakultəsini və İsveç STEADİCAM Kurslarını bitirmişdir. Bir çox TV və film layihələrində operator və rejissor kimi təcrübəyə malikdir və bir neçə Beynəlxalq Film Festivallarında diploma layiq görülmüşdür.

Rəna Əfəndi
Quruluşçu rəssam

Quruluşçu rəssam istedadlı, mükafatlara layiq görülmüş sənədli şəkillər fotoqrafı Rəna Əfəndidir. Onun işləri Le Monde, Liberation, Le Figaro, Newsweek, International Herald Tribune, Courier International və Ogoniok-da dərc olunmuşdur.

Törəxanım Ağabəyova
Rəssam-dekorator

1979-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Akademiyasında təsviri incəsənət üzrə magistr pilləsini bitirdikdən sonra, Törə bir müddət animasiya üzrə çalışmışdır, həmçinin, video-artla da məşğul olur. Onun videoları 2007-ci ildə Venesiya, Biennale-də sərgiyə qoyulmuşdur. Törənin rəssam dekorator kimi işlədiyi ilk bədii film “Absurdistan” filmidir, bu film ən yaxşı dekorator işinə görə “Lola German Film Award 2008” mükafatına layiq görülmüşdür.

Andrey Doynikov
Bəstəkar

1981-ci il təvəllüdlü Andrey Doynikov Rusiyanın “Kultura” telekanalı tərəfindən ölkənin ən çox tələb olunan musiqiçilərindən biri adlandırılmışdır.Musiqiçinin hər bir çıxışı müxtəlif ölkələrin və şəhərlərin musiqi həyatında böyük hadisəyə çevrilir. O, dəfələrlə Rusiyanı Mayn üzərində Frankfurtdakı Beynəlxalq Kitab Yarmarkası və ya Londondakı “Rus rapsodiyası” kimi mədəni aksiyaların açılışlarında təmsil etmişdir. Andrey Doynikovun müvəffəqiyyətləri bir çox beynəlxalq mükafatlarla qiymətləndirilmişdir. Bunlardan biri də 2001-ci ildə təltif olunduğu “Triumf” Gənclik mükafatıdır.

Andrey Doynikov 2004-cü ildə fortepiano sinfi üzrə Qnesinlər adına RMA-nı( prof. Troppun sinfi) və 2005-ci ildə Çaykovski adına MDK-nın zərb alətləri ansamblı sinfini ( prof. Pekarskinin sinfi) bitirmişdir. Hal-hazırda Detmold şəhərinin(Almaniya) Ali Musiqi Məktəbində dərs deyir və “Qnesinskiye Virtuozı” orkestrinin dirijor-assistentidir. Doynikovun aktiv konsert fəaliyyəti 1997-ci ildə Moskva Konservatoriyasının Böyük Zalındakı ilk çıxışından başlamışdır. Marimba üçün klassik transkripsiyalar konsepsiyasını işləyib hazırlayaraq o, bir çox Tokyo Opera Hall, Kiotodakı Treatre-1200, Parisdəki Gaveau Zalı, Riqadakı Wagner Hall və s. kimi əvvəllər əlçatmaz olan zalların qapılarını zərb alətləri üçün də açmışdır. Onun çıxışları müxtəlif tele- və radiostansiyalar tərəfindən yazılmışdır. Bir neçə kompakt diskləri çıxmışdır. Doynikov Mstislav Rostropoviç, Yuriy Başmet, Bobbi MakFerrin, Aleksey Lyubimov, Mario Brunello və b. bu kimi məşhur musiqiçilərlə müştərək layihələrdə və ansambllarda çıxış etmişdir.

Andrey Doynikovun bəstəkarlıq fəaliyyəti 1989-cu ildə onun ilk operasının səhnədə qoyulmasından başlamışdır. Televiziyada onun musiqisi ilk dəfə olaraq “Çerniy manax” filmində(rej. L.Timofeyeva, 1994) səslənmişdir. Bu günə qədər Doynikov 26 film üçün bəstələnmiş musiqinin müəllifidir. 2002-ci ildən başlayaraq bəstəkar Rusiyanın əsas sənədli film rejissoru olan Sergey Miroşniçenko ilə işləyir. Onlar birlikdə 2 dəfə “Zolotoy Oryol” mükafatının laureatı olmuşlar( “Georgiy Jjenov. Russkiy krest.” və “Rojdenniye v SSSR. 21 qod.” filmlərinə görə).

2000-ci ildə o, Moskva şəhərinin “Göte-institutunun” İ.S.Baxın yubileyinə həsr olunmuş “Strasti po Matfeyu” kollektiv bəstəsinin yaradılması üçün dəvət olunmuş bəstəkarlardan ən gənci idi. Həmçinin, Doynikov Moskva şəhərinin yaranmasının 856-cı ildönümü çərçivəsində keçirilən unikal “Oqni Moskvı” musiqili işıq şousunun təşkilatçılarından biri olmuşdur.

Nəriman K. Məmmədov
Hüquqşünas/prodüser

1969-cu il 10 iyulda Moskvada, SSRİ-də anadan olmuşdur. Ali hüquqi və hərbi-siyasi təhsili vardır.Bir neçə qısametrajlı və sənədli filmlərin prodüseri olmuş.
2005-ci ilin sentyabrında “Cənubi Qafqaz –Müstəqil Kino Xadimləri transmilli Assosiasiyası”(IFA-SC)nın təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur.
2005-ci ilin oktyabrında Assosiasiyanın İdarə Heyətinin Sədri seçilmişdir.