FILM HAQQINDA

“Sahə” hekayəsi maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı – özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir.Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu,  keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq,  hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır.” (Kler Douns)

“Gürcüstanda keçirilən İFA-SC seminarı zamanı mənim “Sahə” filminin (ssenari müəliifi və quruluşçu rejissoru İlqar Safat olan və sizin kompaniyanın işləyib hazırladığı və istehsal etmək niyyətində olduğunuz) ssenarisini oxumaq imkanım olmuşdur. Böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən bu ssenarinin son dərəcə maraqlı olduğunu hesab edirəm.  Əla yazılmış, ölkənizin bugünki reallığına qeyri-adi yanaşmanı əks etdirən personajlar və süjet yaxşı işlənmişdir. Janrın ən yaxşı ənənələrinə söykənən bu hekayə dünya səviyyəsində çox geniş auditoriya kütləsi üçün nəzərdə tutulur və maraqlı beynəlxalq müvəffəqiyyətə imkanlar açır. “Tipik Azərbaycan filmindən nə gözləyərdik” kimi şablon ifadələrdən uzaq olaraq, bu film, müəyyən bir məkanda baş vermiş universal hekayəni yaratmağa imkan verir. Bu yolla, İlqar Safatın filmi yeni auditoriya və beynəlxalq mətbuatın, həmçinin dünyada keçirilən festivalların diqqətini cəlb etmək istiqamətində mühüm addım ola bilər.” (Çedomir Kolar)

SYNOPSIS

“Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır.”

Qısa məlumatlar:

Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə layihəsidir.

Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır.

Film bütünlüklə Azərbaycanda 35mm kino lentinə çəkilmişdir. Sürəklilik: 115 dəq. Dil- Azərbaycan və qismən rus dili (subtitrlər ingilis dilində olacaq)

Layihə Kler Douns (ssenari müəllifi, Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) konsultasiyaları əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.

Janr: “Sahə” filminin janrı drama-müsibətdir, cografi mənşəyinə, universal mövzularına, misteriyaya görə, “art-house” hesab oluna bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.

Auditoriya: Biz hesab edirik ki, filmin auditoriya kütləsi 25-54 yaş arası kişi və qadınlardan ibarətdir. Beynəlxalq bazarda auditoriya başlıca olaraq, Avropa art-house auditoriyası hesab olunsa da, bununla belə, filmin universal məkanına görə biz inanırıq ki, film daha geniş auditoriyanı cəlb edə biləcək.